Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Oxu.Az xəbər verir ki, DTX-nin şəxsi heyəti adından "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və qurumun əməkdaşları, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və nazirliyin işçiləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
Dövlət Gömrük Komitəsinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Baş Prokurorluğun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
Parlament üzvləri və əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
20 Yanvar - Ümumxalq Hüzn Günündə hökumət rəsmiləri və dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Prezidentin xüsusi nümayəndələri Elçin Əmirbəyov və Emin Hüseynov, eləcə də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvləri Ramil Usubov və Mədət Quliyev Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
20 Yanvar - Ümumxalq Hüzn Günündə hökumət rəsmiləri və dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, baş nazirin müavinləri Şahin Mustafayev, Samir Şərifov və Yaqub Eyyubov Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar 20 Yanvar şəhidlərinin məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
20 Yanvar - Ümumxalq Hüzn Günündə hökumət rəsmiləri və dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov və Milli Məclisin spikeri Sahibə Qafarova Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzüb, xatirələrini yad ediblər.
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Daxili İşlər, Müdafiə nazirliklərinin, eləcə də Dövlət Sərhəd xidmətinin rəhbər şəxsləri və əməkdaşları 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Daha çox foto burada: PhotoStock.az
"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində neçə namizəd qeydə alınıb?
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla andı
- "Expressbank" rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib