Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Vüsal Aslanov: "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına kimi hərəkət edəcəklər"
"Metrodakı sıxlığın azaldılması bizim ən aktual problemimizdir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyib.
"Prezident İlham Əliyevin "Bakı Metropoliteni" QSC qarşısına qoyduğu mühüm vəzifələrdən biri sıxlığın azaldılması istiqamətində tədbirlərin görülməsidir. Buna ilkin mərhələdə bizim intervalın azaldılması ilə nail olmağımız mümkündür. Bu isə bir neçə faktora əsaslanır.
Birinci ən mühüm faktorumuz "Qırmızı xətt"lə "Yaşıl xətt"in birləşdiyi "C.Cabbarlı"-"28 May" stansiyasında xətlərin ayrılmasıdır.
Belə ki, "Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına kimi, "İçərişəhər" stansiyasından çıxan qatarlar isə "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edəcəklər. Burada intervalları qismən azaldacağıq. Hazırda bizim bir depomuz "Bakmil" stansiyası ərazisində yerləşən "Nərimanov" deposudur. Yeni növbəti depomuz kimi Dərnəgül ərazisində "Yeni Dərnəgül" deposunun istifadəyə verilməsi planlaşdırılır. Həmin depo istifadəyə verildiyi zaman "Yaşıl xətt"in özünün müstəqil deposu olacaq və qatarların xəttə buraxılması ilə sərnişin sıxlığının azalması istiqamətində işlər aparılacaq", - deyə sədr bildirib.

Əzizə İsmayılova
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bəzi metro stansiyalarına yeni adlar veriləcək
- Oksford Universitetinin tələbəsinə "Bakı Metropoliteni"ndə yüksək VƏZİFƏ VERİLDİ
- Bakı metrosunda vaqonun tavanından su axmasının SƏBƏBİ BİLİNDİ
- Yeni inşa olunacaq metro stansiyaları ilə bağlı açıqlama
- Bəxtiyar Məmmədov: "Həzi Aslanov" stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib"
Rəylər