Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
"Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilib.
Oxu.Az President.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.
Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib
- KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb
- Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib