Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə dəyişiklik edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, qoruq artıq idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etməlidir.
Həmçinin, qoruq tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq alacaq.
Eyni zamanda qoruq müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq hüququna da malik olacaq.
Yuxarıda göstərilən müqavilələr üzrə haqların məbləğləri təsdiq ediləcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib
- KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb
- Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib