Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət və özəl uşaq müəssisələrinə nəzarət artırılıb
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Uşaq hüquqları haqqında" qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Sözügedən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Alagöz - türk tarixinin izi
- Prezident İlham Əliyev bir sıra şəxslərə ev verdi
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- "Nağdsız hesablaşmalar haqqında" qanunda dəyişiklik təsdiq olunub