“Müxtəlif beynəlxalq təşkilatların müşahidəçiləri bizim dairədə olan seçki məntəqələrinə baş çəkiblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidəçiləri tam sərbəst şəkildə yerli məntəqələrdə üç dəfə monitorinq aparıblar. Seçkiyə hazırlıq prosesi, məntəqələrdə yaradılmış şəraitlə tanış olublar”.
Bunu secki-2024.az saytına açıqlamasında 98 saylı Bərdə-Tərtər dairə seçki komissiyasının (DSK) sədri Namiq Quliyev bildirib.
DSK sədri qeyd edib ki, dairə 61 məntəqədə 52 min 652 seçicinin adı siyahılara daxil edilib:
“Fevralın 7-də ilk dəfə səs verəcək seçicilərin sayı 3 593 nəfərdir. Dairə üzrə yaşı 100-dən yuxarı olan 8 seçicimiz var. Bu günədək 303 vətəndaşa qeydiyyatdan çıxma vəsiqəsi vermişik. Bütün məntəqələrə seçki bülletenləri çatdırılıb”.