Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
DTX-nin rəisi Əli Nağıyev: “Rəsmi İrəvanı daha sıx əməkdaşlığa dəvət edirəm” - VİDEO
Rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.
“Report”un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcək. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi”, - deyə xidmət rəisi əlavə edib.
Ə.Nağıyev vurğulayıb ki, biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq:
“Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmayıb. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.
"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlayanlar HƏBS OLUNDULAR
- "Etdiyim əməllərdən peşmanam": Dövlət xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənin məhkəməsi
- Terrorçuluğa çağırışlar edən şəxsə hökm elan olundu
- DTX tərəfindən həbs olunan şəxs hansı vədlər müqabilində Fransaya casusluq edib? - MƏHKƏMƏ İŞİ
- Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT