Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünya artıq Azərbaycanla hesablaşır - "Etibarlı tərədaş olduğumuzu sübut etmişik"
"Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu günün mövzusu deyil və uzun müddətdir ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir".
Bunu Oxu.Az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, bu tədbirlərin istiqamətlərinin fərqli olması xüsusi önəm kəsb edir:
"Yəni həm siyasi, iqtisadi, humanitar, idman, hərbi, həm də mədəni sahələrdə Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edir və bu günə qədər belə tədbirlərin keçirilməsində də hər hansı bir problemə şahidlik etməmişik. Təbii ki, bu da bizim bu sahədə təcrübəmizin olmasından xəbər verir. Biz təkcə bu tədbirlərə ev sahibliyi etməklə deyil, eyni zamanda, ayrı-ayrı beynəlxalq təşkilatlardakı fəaliyyətimizlə, həmin o təşkilatların bəzilərinə rəhbərlik etməklə özünəməxsus siyasət yürütdüyümüzü və bizimlə bağlı olan gözləntiləri doğrultduğumuzu sübut etmişik".
"Məsələn, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüz zamanı, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına rəhbərlik etdiyimizdə, Türk Dövlətləri Təşkilatının yaradılması və həmin o təşkilatın tədbirlərinin keçirilməsində, həmçinin mədəniyyətlərarası dialoq forumunun, tarixdə ilk dəfə Avropa oyunlarının, İslam oyunlarının, eləcə də "Forumla-1" yarışlarının paytaxtımızda keçirilməsi bizim həm xarici siyasətimizdə mövqeyimizi gücləndirirb, həm də Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu bütün dünyanın diqqətinə çatdırıb", - deyə şərhçi vurğulayıb.
Onun sözlərinə görə, bütün bunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdəki uğurlarından xəbər verir:
"Bu, ərazi bütövlüyünü yeni təmin edən Azərbaycanın dünyaya yenidən təqdim edilməsi baxımından çox möhtəşəm bir şansdır ki, biz də öz növbəmizdə bundan yararlanma əzmindəyik. Düşünürəm ki, uzun illər dövlətçilik tarixləri olan bir sıra dövlətlər, bəzən beynəlxalq mötəbər tədbirlərin keçirilməsində hansı boşluqları buraxdıqlarını göstəriblər. Amma biz qısa müddət ərzində, yəni, Birləşmiş Ərəb Əmirliyində keçirilmiş COP28-dən sonra 1 ildən az müddətdir ki, bu tədbirə hazırlaşırıq və bu, həqiqətən də çox ciddi bir addımdır. Eyni zamanda, belə mötəbər beynəlxalq tədbirin keçirilməsinə Azərbaycanın imkanlarının olması bir daha ondan xəbər verir ki, dövlətimiz qlobal səviyyədə təşkil olunan istənilən tədbirin keçirilməsinə hazırdır".
"Düşünürəm ki, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən və yeni reallıqların formalaşmasından sonra Azərbaycanın belə mötəbər tədbirlərə iddialı olması və bu iddianın mütləq səs çoxluğu ilə qəbul edilməsi bizim ən uğurlu addımlarımızdandır. Müharibədən sonra Azərbaycanın bu istiqamətdə uğurlarının artması da təsadüfi deyil. Çünki qalib gələn və gücünə güc qatan dövlətlə əlaqə saxlamaq istəyən dövlətlərin sayı həmişə çox olur. Düşünürəm ki, bu proses bizim beynəlxalq imicimizə daha da müsbət təsir göstərəcək. Düzdür, bizə ləkə yaxmaq istəyən, müxtəlif absurd ideyalar ortaya qoyan tərəflər də var, amma biz bir daha göstəririk ki, sözlə mübarizə aparmırıq, real fəaliyyətimiz və bu fəaliyyətlərdən əldə etdiyimiz uğurlarla məşğul oluruq. Buna görə, qələbəmiz də, uğurlarımız da göz önündədir", - Xəyal Bəşirov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi