İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olur.
“Report” xəbər verir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) rəhbəri Abdullah Eren bu münasibətilə Dövlət Komitəsini təbrik edib.
O, iki ölkənin diaspor qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu bildirərək, bunun təməlində prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı dostluq, qardaşlıq və qarşılıqlı etimadın durduğunu vurğulayıb.
A.Eren qarşılıqlı əməkdaşlığın Şuşa Bəyannaməsinə və “Bir millət, iki dövlət, tək diaspor” fəlsəfəsinə uyğun olaraq davam etdiriləcəyini bildirib. “Yaradılmasının 20 illiyi münasibətilə dəyərli dostum Fuad Muradov başda olmaqla Diasporla İş üzrə Dövlət Komitəsində çalışan hər kəsi təbrik edirəm” – deyə o qeyd edib.