Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünyanı lərzəyə salan qardaşlıq: Pakistandan Azərbaycana mühüm səfər - Bizdən nə danışırlar?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Nepalın "The Kathmandu Post" nəşri oxucularına xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-24-də Azərbaycana rəsmi səfər edib.
Mənbə bildirir ki, bu səfər hər iki ölkə arasında dostluq və əməkdaşlığın davamlı olaraq gücləndiyini göstərir. Pakistan və Azərbaycan tarixən ortaq dini və mədəni dəyərlərə malik olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlıq edir.
Belarusun "Belta" nəşri xəbər verir ki, Belarus-Azərbaycan əlaqələri dostluq və əməkdaşlıq əsasında inkişaf edir. Mənbə qeyd edir ki, bu barədə Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədr müavini Vadim İpatov bildirib. "Bir çox əməkdaşlıq layihələri ilk növbədə vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib.
Bunlar qarşılıqlı əlaqənin yeni səviyyəsinə çıxmağa imkan verən layihələrdir", - deyə Vadim İpatov qeyd edib. Bolqarıstanın "Nova.news" nəşri xəbər verir ki, Azərbaycan və Rusiya İrana qaz kəmərinin tikintisini müzakirə edib.
Məlumata görə, Rusiyanın energetika naziri Sergey Tsivilev Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə danışıqlar aparıb. Bildirilib ki, tərəflər texnoloji həllərin mübadiləsində qarşılıqlı fəaliyyəti, enerji və yanacaq kompleksinin bütün sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Xronika: "Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi"
- Öcalanın mesajı: PKK tərk-silah çağırışına tabe olacaq?
- Axund Azər: "Bəzi məsələlər üçün nə imam, nə də peyğəmbər lazımdır"
- Arıçılar çətin VƏZİYYƏTDƏ: Xəstəliklər təsərrüfatı məhv edir
- Ürəyi dayanan şəxs 10 dəqiqə sonra yenidən həyata qaytarıldı - Xəbərlərin 20:00 buraxılışı