Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Laçını ziyarət ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar Qarabağın füsunkar mənzərələrinə tamaşa edib, həmçinin şəhərdə aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.
Ziyarət çərçivəsində səyyahlar Laçındakı qalereyanı da gəzərək ölkənin zəngin mədəni irsini əks etdirən Azərbaycan xalçaçılığı, rəssamlıq, keramika və digər dekorativ-tətbiqi sənət nümunələrini yaxından tanıyıblar.






















Səkkiz ölkədən olan səyyahlar Xankəndiyə gəliblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar şəhərin işğaldan azad edilməsindən sonra Azərbaycanın burada həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə tanış olublar.
Səfər zamanı turistlərə Xankəndinin tarixi və Azərbaycan üçün mədəni-tarixi əhəmiyyəti haqqında məlumat verilib.



11:59
"Extreme Travelers International Congress" (ETIC) klubunun beynəlxalq səyyahları Ermənistanın işğalı illərində Ağdamın dağıdılmış ərazilərinə baş çəkiblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qonaqlar erməni vandalizmini və şəhərdə aparılan bərpa işlərini əyani şəkildə görə biliblər.
Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar iki gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
Nümayəndə heyətinə həmçinin "Most Travelled People" (ABŞ) beynəlxalq səyyahlar şəbəkəsinin təsisçisi Çarlz Veyli də daxildir.
Qarabağ və Şərqi Zəngəzuru 2021-2025-ci illər ərzində 14 müxtəlif beynəlxalq səyyahlar klubu ziyarət edib. Bu qrup sayca 15-cidir.
Daha çox foto burada: PhotoStock.az
ETIC ("Extreme Traveler International Congress") klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünyamiqyaslı beynəlxalq səyahətçilər Ağdam şəhərinə gəliblər və Cümə məscidini ziyarət ediblər.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən gələn xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.