Bir qrup həkimin Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - deyə nazirlikdən bildirilib.