Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərara dəyişiklik edilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra qanunlar və məcəllələrdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər.
Bu qərarda göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsinə bərabər tutulur.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"
- Bakıda "IVY HUB" Tədris Mərkəzi fəaliyyətə başladı
- Düşmənə gözdağı - "Ermənistanın xarabalığa çevirdiyi ərazilərdə möhtəşəm yaşayış binaları tikilir"
- "Gələn il Asiya Parlament Assambleyasına Bəhreyn, 2027-2028-ci illərdə isə İran sədrlik edəcək"
- İşçinin iş vaxtından artıq işlədilməsi QANUN POZUNTUSU hesab ediləcək