Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb".
President.az xəbər verir ki, məktubda deyilir:
"Əziz Prezident.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvaram ki, Estoniya ilə Azərbaycan arasında əməkdaşlıq gələcəkdə daha da dərinləşəcəkdir. Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər ən böyük dəyərdir, xüsusən də Ukraynada və Yaxın Şərqdə gedən müharibələrin bütün dünyaya dağıdıcı təsirini davam etdirdiyi və dünyada digər çoxsaylı böhranların yaşandığı bir vaxtda. Bu xüsusda ədalətli və davamlı sülhə doğru irəliləmək, eləcə də digər qlobal çağırışlarla mübarizə aparmaq üçün əməkdaşlığımız həmişəkindən daha vacibdir.
Hörmətli Prezident, xahiş edirəm, mənim ən yüksək ehtiramımı, Azərbaycan Respublikasının, onun xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı qəbul edin".
19:42
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb".
President.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, ölkənizin daha da sürətli inkişafı naminə ən xoş arzularımı bildirirəm.
Əminəm ki, ikitərəfli münasibətlərimiz ümumi maraqlara cavab verən bütün sahələrdə dostluq ruhunda inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayram – müstəqilliyin
106-cı ildönümü münasibətilə təbrik edirəm.
Azərbaycan Respublikasının ötən onilliklər ərzində qazandığı uğurlar ölkə rəhbərliyinin seçdiyi və ümummilli dəstək alan, respublikanın beynəlxalq arenada nüfuzunun artmasının əsasına çevrilən kursun düzgünlüyünü təsdiq edir.
Xalqlarımızı çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, etimad və tərəfdaşlıq ab-havası birləşdirir. Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış əlaqələr qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın daha da genişlənməsinin mühüm amilidir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi öz adımdan, həmçinin Slovakiya Respublikasının vətəndaşları adından təbrik edirəm.
Bu yaxınlarda ölkənizə rəsmi səfərim zamanı səmimi qəbula və səmərəli müzakirələrimizə görə Sizə təşəkkür edirəm. Birgə səylərimizin əməkdaşlığımızın daha da dərinləşməsinə və yeni sahələrdə genişlənməsinə töhfə verməsi məni ürəkdən sevindirir. Əminəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və xalqlarımıza rifah gətirəcəkdir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək bu yaxınlarda mənə qarşı törədilmiş sui-qəsdlə əlaqədar dəstəyinizə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Mən yalnız Azərbaycan Respublikasının ən yüksək səviyyəli nümayəndələrinə deyil, həmçinin mənə və bütün Slovakiya xalqına həmrəylik ifadə edən Azərbaycan vətəndaşlarına ürəkdən təşəkkür edirəm.
İnanıram ki, səhhətim Sizi Slovakiyada şəxsən qarşılamağa imkan verəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Müstəqilliyin elan edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü münasibətilə Polşa Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə, eləcə də bütün Azərbaycan vətəndaşlarına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Polşa ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinə, eləcə də ümumi qəhrəmanlarımızın - general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə istinad edərək Sizi əmin etmək istərdim ki, Polşa həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatların forumlarında, həm də Avropa İttifaqı çərçivəsində qardaş xalqlarımız üçün faydalı əməkdaşlığın bütün sahələrini əhatə edən əlaqələrimizin daha da inkişafına daim sadiqdir.
Azərbaycan Respublikası bizim üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı imzalanmış Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Polşa iqtisadi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində və ölkələrimizin daim artan iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıdır".
16:49
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik.
Bu əlamətdar tarix Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin, sosial-iqtisadi inkişafında nəzərəçarpan nəticələrin əldə olunmasının, ölkənin beynəlxalq arenada nüfuzunun artmasının rəmzidir.
Mən Azərbaycan xalqının mədəniyyətini və qonaqpərvərliyini hiss etdiyim, çoxlu müsbət təəssüratlar aldığım Bakı səfərimi və Sizinlə görüşümü məmnunluqla xatırlayıram.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinin ayrılmaz parçasıdır və təşkilatın dialoq üzrə ən fəal tərəfdaşlarındandır. Əminəm ki, birgə səylərimizlə qarşılıqlı münasibətlərimizin məzmununu gələcəkdə daha da zənginləşdirəcəyik.
Zati-aliləri, icazə verin Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım"
13:20
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident. Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Sizə, ölkənizə və xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Litva Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Qəti əminəm ki, Siz bundan sonra da milli tərəqqiyə və transformasiyaya aparan islahatları həyata keçirməkdə davam edəcəksiniz.
Biz Sizin ölkənizin Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndiririk. Mən Ermənistanla sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışlayıram. Litvanın Cənubi Qafqazda etimadın yaradılmasına töhfə verməyə hazır olduğunu bir daha qeyd edirəm. İnanıram ki, dialoq və danışıqlar davamlı konsensusa nail olmağın yeganə yoludur.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əhəmiyyətlidir.
Biz ölkənizlə Avropa İttifaqı arasında getdikcə inkişaf edən dialoqu dəstəkləyir və təşviq edirik. Bütün dünyanın artan çağırışlarla üzləşdiyi, Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü ildir ki, davam etdiyi bir vaxtda beynəlxalq nizamı qorumaq, sabitliyi gücləndirmək üçün qarşılıqlı anlaşmanı möhkəmləndirmək və həll yollarını tapmaq çox vacibdir.
Müstəqillik Gününüzü bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
13:09
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan, Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə daha çox inkişaf və firavanlıq diləməkdən məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən qardaşlıq və əməkdaşlıq münasibətlərinin artan dinamika ilə inkişafından şad olduğumu bildirirəm. Dost xalqlarımıza xidmət baxımından əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək istəyimi bir daha ifadə edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".