Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Elçin Əmirbəyov Braziliyanın yüksəkvəzifəli şəxsləri ilə görüşüb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Braziliyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Maria Laura da Roşa və Braziliya dövlət başçısının xarici siyasət üzrə baş müşaviri Selso Amorim ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz "X" sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, E.Əmirbəyov, həmçinin Rio-Branko İnstitutunda Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik, qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri mövzusunda çıxış edib.
Səfəri çərçivəsində Elçin Əmirbəyovun Braziliya Milli Konqresindəki rəsmi şəxslərlə və ölkə mediasının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.