Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elçin Əmirbəyov: "Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ləngiyir"
"Məcburi köçkünlərinin öz doğma torpaqlarına qayıdışı ləngiyir".
Oxu.Az xəbər verir ki, bunu Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O, qeyd edib ki, Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdədir:
"Bizim mina problemimiz var. Minalar 12 faiz ərazilərimizdə səpələnib. Bu, böyük təhdid yaradır. 361 Azərbaycan vətəndaşı 2020-ci ildən bəri minaların qurbanı olub. Bu rəqəmlər hər həftə artır. Ermənilərin mina xəritələrinin verilməsindən imtina etmələri məsələni qəlizləşdirir. İnsan həyatı ilə yanaşı torpaqların məhsuldarlığına da mənfi təsiri var. İqtisadiyyata da təsir göstərir".
Nəzrin Vahid
"Elçin Əmirbəyov" teqi üzrə xəbərlər
- Azərbaycanın Ermənistanla sülhə gedən yolu
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- Elçin Əmirbəyov: "Fransa münasibətlərimizin gərginləşməsinə birbaşa məsuliyyət daşıyır"
- Elçin Əmirbəyov Macarıstanın "Hir" telekanalına müsahibə verib