Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksika Senatında görüş keçirib.
Oxu.Az xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
Hər iki xalq arasında qardaşlıq əlaqələri bir daha təsdiqlənib və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi niyyəti ifadə olunub.
Tədbirdə Meksika Senatının sədri və xarici əlaqələr komitəsinin üzvləri iştirak ediblər.
🔴 Visita al Senado de la República de Elchin Amirbayov, representante del Presidente de la República de Azerbaiyán en Misiones Especiales, del 29 de abril de 2025. https://t.co/lAJrhHfnzL
— Senado de México (@senadomexicano) April 29, 2025