Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Niderlandın xarici ticarət və inkişaf naziri Aukye de Vris ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Niderland rəsmisi özünün "X" səhifəsində məlumat yayıb.
Məlumata görə, görüş zamanı Azərbaycan və Niderland arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, su, kənd təsərrüfatı və dənizçilik sektorlarındakı imkanlar barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, görüş zamanı Cənubi Qafqazdakı geosiyasi proseslər də müzakirə olunub.
Spoke with the Presidential Representative of 🇦🇿, Elchin Amirbayov, about strengthening our trade and economic ties and opportunities in the water, agriculture, and maritime sectors. We also discussed geopolitical developments in the South Caucasus. pic.twitter.com/nUtUI26doG
— Aukje de Vries (@stasBHO) December 15, 2025