Azərbaycan Prezidenti İlham Əliyev Eldar Tofiq oğlu Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Eldar Quliyev Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə təltif edilib.