Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əsədov Albaniya prezidenti ilə görüşüb
Baş naziri Əli Əsədov martın 14-də Azərbaycanda səfərdə olan Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edilib ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib. İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan və Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycanın Albaniyada, Albaniyanın isə Azərbaycanda səfirliyinin açılması ilə bağlı verilən qərarlar ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təzahürü kimi dəyərləndirilib. Cari ayın əvvəlində Albaniya baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Sazişin ticarət-iqtisadi və investisiyaların təşviqi sahələrində əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlıq ifadə olunub.
Vurğulanıb ki, enerji sahəsində əməkdaşlığın müsbət nəticələri və bu kontekstdə TAP layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan qazının Avropaya təchizatında Albaniyanın tranzit ölkə kimi rolu yüksək qiymətləndirilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.
Görüşdə iki ölkə arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
- Əli Əsədov Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiqlədi
- Azərbaycan gömrükçülərinin maaşları ilə bağlı Baş nazirdən QƏRAR
- Azərbaycan hökuməti məişət tullantıları ilə bağlı qərarına yenidən baxıb
- Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq