Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskdə səfərdədir
İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun dəvəti ilə Minsk şəhərinə işgüzar səfərə gedib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
"Minsk" Milli Aeroportunda Ə.Əsədovu Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Avrasiya Hökumətlərarası Şurasının iclasında və "Avrasiya İqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi" plenar sessiyasında qonaq qismində iştirak edəcək.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib
- Yük maşınları yeni qaydada yoxlanılacaq
- İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
Ən çox oxunanlar