Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əli Əsədov bərpaolunan enerji ilə bağlı qərar verdi
Nazirlər Kabineti "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarla Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı təsdiq edilib.
Qərar bu il iyunun 1-dən tətbiq edilir və 3 il qüvvədə olacaq.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
- Daşkənddə Azərbaycan və Özbəkistan Baş nazirlərinin görüşü keçirilib
- Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Baş nazir Əli Əsədovu qəbul edib
- Əli Əsədov Özbəkistanda səfərdədir
- "Bələdiyyələrlə iş" informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib