Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əli Əsədov Beynəlxalq Əmək Təşkilatının baş direktoru ilə görüşüb
Baş nazir Əli Əsədov aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Jilber Unqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioriteti olduğu vurğulanıb. Ötən dövr ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərin əldə edildiyi diqqətə çatdırılıb. Cari ilin yanvar ayından tətbiqinə başlanılan beşinci sosial islahat paketinin 3 milyon insanı əhatə etdiyi bildirilib.
Azərbaycanda əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə bəhs olunub.
Görüşdə Azərbaycan-BƏT tərəfdaşlığının gündəliyində duran məsələlər nəzərdən keçirildi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib
- Heydər məscidi və bir neçə tikiliyə memarlıq abidəsi statusu verilib
- Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib
- Diplomatlara təminat və kompensasiyaların verilməsi qaydaları təsdiqlənib