Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əli Əsədov Moldovanın baş nazirinin müavini ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkədə səfərdə olan Moldova Respublikasının baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Pensiyalarla bağlı təklif üçüncü oxunuşdan keçdi
- Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib
- Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi
- Baş nazirdən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilərlə bağlı QƏRAR
- Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir