Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarın qüvvəyə minmə vaxtını uzatdı
“Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bununla da Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 330 nömrəli qərarı dəyişdirilib. Həmin qərarı isə o dövrdə Baş nazir işləyən Novruz Məmmədov imzalamışdı.
Novruz Məmmədovun imzaladığı sənəddə yazılırdı ki, bu qərar 2020-ci ilin aprelin 1-dən qüvvəyə minir.
Əli Əsədovun qərarında isə bu müddət uzadılıb. Belə ki, müvafiq qaydalar 2021-ci ilin aprelin 1-dən qüvvəyə minəcək.
Sənəddə müvafiq məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilməsi, saxlanması və dövlət orqanları ilə mübadiləsi barədə məsələlər öz əksini tapıb.
Bunlar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və Azərbaycan qanunvericiliyinin tələbləri rəhbər tutulmaqla həyata keçirilir.
Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmalıdır.
Həmin məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə ötürülür.
Aqşin Kərimov
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
- Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib
- Azərbaycanda təyyarədə daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqləndi
- Azərbaycanda "Qrantların reyestrinin aparılması Qaydaları" təsdiqlənib