Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin (NK) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Nazirlər Kabinetinin iki qərarı LƏĞV EDİLDİ
- Dövlət Agentliyinin hərbçilərinin geyim forması ilə təmin edilməsi normaları təsdiqlənib
- Naxçıvanda elektrik enerjisi və su təchizatı ilə bağlı yeni qərar
- Gürcüstan prezidenti Əli Əsədovla görüşüb
- Azərbaycanda örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişib