Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri başlayıb.
Oxu.Az-ın xəbərinə görə, Əli Həsənovu Kral Xalid Beynəlxalq Hava Limanında ölkənin mədəniyyət və informasiya naziri Adel bin Zeyd Əl-Toraifi qarşılayıb. Səfər zamanı Əli Həsənovun keçirəcəyi görüşlərdə Krallıqla Azərbaycan arasında media sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
N.О.