Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əli Hüseynli 18 Oktyabrla bağlı deputatların təklifinə CAVAB VERDİ - VİDEO
Milli Məclisin iclasında Əmək Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı məsələ yenidən gündəmə gətirilib.
Oxu.Az-ın məlumatına görə, deputatlar Sabir Rüstəmxanlı, Əli Məsimli, Fazil Mustafa 18 Oktyabrın qeyri-iş günü kimi Əmək Məcəlləsində təsbit olunmasını təklif ediblər.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deputatların təklifinə belə reaksiya verib:
“Əmək Məcəlləsinə dəyişiklik texniki xarakterlidir. Hesab edirdim ki, çıxışlar olarsa, bu, populizm üçün bəhanə ola bilər. Sizin çıxışlarınızdan belə başa düşülür ki, indiyə qədər dövlətimiz, xalqımız bu günə ehtiramsız yanaşıb?! Bizim etdiyimiz sadəcə adların dəyişdirilməsidir”.
Qeyd edək ki, “Müstəqillik haqqında” qanuna əsasən, 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.
Azərbaycanda 18 Oktyabr iş günüdür.
Aqşin Kərimov
"Əli Hüseynli" teqi üzrə xəbərlər
- Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək
- “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirildi - FOTO
- Əli Hüseynli: “2023-cü il məhkəmə-hüquq sahəsində mühüm yeniliklərlə yadda qaldı” - FOTO
- Bu gün ölkəmizdə “Vəkil Günü” qeyd edilir
- Əli Hüseynli: “Artıq 20 ildir işləyən, formalaşmış seçki konfiqurasiyası özünü doğruldub”