Azərbaycan рrezidenti İlham Əliyev general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Müdafiə Nazirliyi və Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əliağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.