Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.
Oxu.Az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.
“Azərbaycan, Rusiya və Ermənistanın prezidentlərinin görüşünün iyunun sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılıb”, - deyə mənbə bildirib.