Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Məlumata əsasən, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştanmayer və digər rəsmilərlə görüşü nəzərdə tutulub.