Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusa rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, səfər çərçivəsində nazirin Belarusun yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.