Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dekabrın 5-6-da Kiyevdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində görüşəcəklər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Xoqan bildirib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü barədə danışaraq deyib ki, bu görüşü sülh danışıqları üçün mühüm addım hesab edirik. Hər iki prezident tezliklə bir daha görüşməyə razılıq verib. Məhz bu görüşün hazırlıq mərhələsi kimi XİN rəhbərləri Ukrayna paytaxtında danışıq aparacaqlar.