Moskva polisi paytaxtın “Korçma Taras Bulba” restoranında oğru “sxodka”sının qarşısını alıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rusiya KİV-i verdiyi məlumatına görə, əməliyyat nəticəsində cinayətkar aləmin 3 lideri həbs olunub.
Saxlanılanlardan biri keçən il “DedXasan” klanı tərəfindən taclandırılan azərbaycanlı Rəşad İsmayılovdur.
“Rəşad Gəncinski” ləqəbli həmyerlimizdən əlavə, gürcüstanlı Mamuka Çkadua (“Mamuka Qalski”) və Gizo Kardava da tutulub.