Meyit hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.
Bakıda zəncirvarı qəza baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. Bir neçə maşının toqquşması ilə nəticələnən qəzada xəsarət alanların olduğu bildirilir. Toqquşan avtomobillərdən biri təcilli tibbi yardım maşını olub.
İki “Mercedes”, “Audi”, “Toyota Pajero”, “Hyundai” və “Medi Klub”a məxsus təcilli tibbi yardım avtomobillərinin toqquşması nəticəsində “Mercedes”lərdən birinin sürücüsü ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, “Medi Club”a məxsus təcili tibbi yardım avtomobili ilə toqquşan “Mercedes” markalı minik avtomobilində ölən şəxs 1984-cü il təvəllüdlü Əhmədov Ceyhun Vaqif oğludur.
Onun meyiti hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən maşından çıxarılıb.
Hazırda ərazidə böyük tıxac yaranıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Nobel prospektində baş verən qəza ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, adıçəkilən prospektdə, Neftayırma zavodunun qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar şəhər istiqamətində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Sürücülərə alternativ yollardan (Babək pr.) istifadə etmələri tövsiyə olunur.