Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti Paris şəhərində keçiriləcək I Dünya müharibəsinin bitməsinin Yüzillik Mərasimi və Sülh üzrə Paris Forumunda iştirak edəcək.