Ukraynanın xarici işlər naziri Pavel Klimkin və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüş zamanı iki dövlətin qlobal iqtisadi təşəbbüslərdə iştirakını müzakirə ediblər.
Oxu.Az “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici siyasət nazirliyi bildirib.
“Tərəflər siyasi, iqtisadi-ticari və humanitar sahədə Ukrayna-Azərbaycan münasibətlərinin perspektivlərini müzakirə ediblər. Enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət ayrılıb”, - məlumatda deyilir.
Görüş zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələlərinə, eləcə də beynəlxalq və regional təşkilatlarda əsasən də BMT və GUAM-da qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparılıb.