Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Elnur Məmmədov: "Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib"
"Ermənistan hökuməti 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkə konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları xalqın milli hədəflərini ehtiva edir:
"Ermənilərin milli ideologiyası isə odur ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirmədi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər hələ də qalır. Biz hələ də beynəlxalq məhkəmələrə bu cür məsələləri çıxarmamaları ilə bağlı danışıqlar aparırıq".
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycan və Gürcüstan XİN başçıları qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı müzakirə ediblər
- XİN: "Azərbaycan Qəzzada atəşkəs və girov razılaşması elanını alqışlayır"
- XİN sözçüsü ABŞ səfirliyinə cavab verib
- Azərbaycan XİN ABŞ-yə başsağlığı verdi
- Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu evakuasiya edilib