Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Elnur Soltanov: "Ermənistan tərəfinə dəvət göndərilib. Biz hər səviyyədə qonaq qəbul etməyə hazırıq"
"COP29-da iştirakla bağlı Ermənistan tərəfinə dəvət göndərilib".
Bunu energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov APA-ya açıqlamasında bildirib.
"Ermənistan tərəfinə dəvət göndərilib. Biz hər səviyyədə qonaq qəbul etməyə hazırıq", - Elnur Soltanov vurğulayıb.
Baş icraçı direktor Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın "Ermənistan noyabr ayında Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır" fikrinə də münasibət bildirib.
"Ölkələrimiz arasında qalıcı sülhə imza atılması arzuediləndir. Ancaq bu, hər iki ölkənin iradəsi, qarşılıqlı razılaşma, uzlaşma ilə baş tutmalıdır", - deyə Elnur Soltanov qeyd edib.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"