Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlı bloqer məhkəməyə verilib: Ölkədən çıxışına qadağa qoyula bilər
Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib.
Lent.az-ın məlumatına görə, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.
Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.
Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə E.Musayevin 3878.56 AZN (üç min səkkiz yüz yetmiş səkkiz manat əlli altı qəpik) vergi borcu var.
Qeyd edək ki, aktyor, ssenarist, bloqer və aparıcı Emil Vurğun oğlu Musayev "Planet Parni iz Baku" ŞHK teatrının aktyorudur. O, "Bəxt üzüyü 2", "Məhəllə 3", "Qapı" və s. filmlərdə rol alıb. Sənətçi həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısıdır, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
"Vergi borcu" teqi üzrə xəbərlər
- "Roma"nın əfsanəsi Françesko Totti borclarına görə futbola qayıda bilər
- İsgəndər Xəlilovun tikinti şirkəti 12.4 milyon manat borca düşdü
- Talıb Tale vergi borcundan danışıb
- Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
- Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var
Rəylər