Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dağıstanda ev tapşırığını yerinə yetirməyən şagird polisləri ayağa qaldırdı
Rusiyanın Dağıstan Respublikasının Məmmədqala qəsəbəsində ev tapşırığını yerinə yetirməyən 13 yaşlı məktəbli məsuliyyətdən yayınmağın "maraqlı" üsulunu tapıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, o, "112" xidmətinə zəng edərək məktəbdə tezliklə atışma və partlayışın olacağı barədə yalan məlumat verib.
Nəticədə hüquq mühafizə orqanları məktəbin müəllim və şagird heyətini binadan təxliyə edib.
Artıq polis onlara yalan məlumat verən məktəblinin kimliyini müəyyən edib. Uşağın valideynlərinə xəbərdarlıq edilib, özü isə başqa məktəbə köçürülüb.
"Dağıstan Respublikası" teqi üzrə xəbərlər
- Dağıstanda keçmiş məmurun oğlu polislərə hücum edib
- Dağıstanın "Xatiko"su: Pişik altı ildən çox öz sahibinin məzarı üstündə yaşayıb
- Dağıstanlı bloqer video çəkmək üçün polisi ələ saldı
- Dağıstanda baş verən faciə: 23 il sonra övladı ilə bağlı həqiqəti öyrənən kişi öldü
- Axtarışlardan sonra Həbib Nurməhəmmədovun məktəbi bağlanır
Ən çox oxunanlar