Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 50.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.
Oxu.Az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sözügedən qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda seçki məntəqələrinin sayı 5641-dir, bura xaricdə yaradılan və müvəqqəti seçki məntəqələri də daxildir.
O, qeyd edib ki, ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir.
Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az