Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ərdoğan Azərbaycana gələcək
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın bu postda ilk səfər edəcəyi ölkələr məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə R.T.Ərdoğan özü açıqlayıb.
O, prezident postunda ilk səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib.
Qeyd edək ki, prezident İlham Əliyev prezident seçilməsi münasibətilə R.T.Ərdoğana göndərdiyi təbrik məktubunda onu Azərbaycana səfərə dəvət etmişdi.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar