Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq “Togg” avtomobili artıq yola salınıb.
“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Togg” avtomobilinin ilk nümunələrinin təqdimatı mərasimində deyib.
Türkiyə lideri elektromobilin Prezident İlham Əliyevə sabah təqdim olunacağını bildirib. Onun sözlərinə görə, avtomobilin rəngi “Anadolu” olacaq.
Qeyd edək ki, Türkiyə Prezidentinə təqdim edilən “Togg” avtomobili də eyni rəngdədir.
18:36
Türkiyənin “Togg” markalı elektromobilinin ilkin sifarişçilərə çatdırılması prosesinə başlanılıb. Yerli istehsal olan nəqliyyat vasitəsinin ilk nümunəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Dövlət başçısı “Anadolu” rəngindəki 34 EE 2071 nömrəli elektromobili əldə edib.
“Bu gün millətimizin 60 illik arzusunun gerçəkləşdiyinin birlikdə şahidi oluruq. “Türk əsri”nin ilk bəhrələrindən biri olan “Togg” vətənimizə xeyirli olsun”, - deyə Prezident Ərdoğan təqdimat mərasimində bildirib.
Qeyd edək ki, elektromobilin növbəti nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq.
Ülkemizin gururu, yerli ve millî markamız Togg’un ilk siparişini 2019 yılında biz vermiştik, bugün de ilk akıllı cihazı biz teslim aldık.
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 3, 2023
Türkiye Yüzyılı’nın ilk meyvelerinden olan Togg, tüm milletimize hayırlı, uğurlu olsun. 🇹🇷 pic.twitter.com/IMgy1kTDTv
Milletimizin 60 yıllık hayalinin gerçeğe dönüşmesine hep birlikte şahitlik ediyoruz.
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 3, 2023
İnşallah bugünden itibaren Togg’u yollarda görmeye başlıyoruz. 🇹🇷 pic.twitter.com/iFSfYV7i27
Mənbə: Haber Global