Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev qərəzli mövqe nümayiş etdirən erməni deputatı susdurub.
Belə ki, Sankt-Peterburqda keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 16-cı iclasında yeni koordinator təyin olunmasından sonra təşkil olunan iclasın mövzusu turizm sahəsi ilə bağlı olub. Emin Hacıyev moderatorluq etdiyi tədbirdə işğaldan azad olunan ərazilərin böyük turizm potensialının olduğunu bildirib.
Lakin Ermənistan fraksiyasından olan deputat Zemfira Mirzoyeva məkirli erməni siyasətindən əl çəkməyərək Azərbaycanı tolerant və obyektiv olmamaqda ittiham edib və mövzunun istiqamətini dəyişməyə çalışıb. O, Şuşada və digər rayonlarda dağılmış kilsələri misal göstərərək Azərbaycanı ittiham edib.
Qarşılığında isə Emin Hacıyev onun cavabını layiqincə verib və işğal dövründə ermənilərin Qarabağda dağıtdığı, illərlə təhqir edilərək içərisində donuz və mal-qara saxlanılan məscidlərin olduğunu qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev qərəzli mövqe nümayiş etdirən erməni deputatı susdurub.Belə ki, Sankt-Peterburqda keçirilən Müstəqil Dövlətlər...