Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Bakıda Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirləri şərh edib.
Oxu.Az erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Şarmazanov Davudoğlunun Türkiyənin hər zaman Qarabağ münaqişəsində Azərbaycanın yanında olacağı ilə bağlı verdiyi açıqlamaya rəsmi münasibət bildirib.
Onun sözlərinə görə, türkiyəli nazir bu bəyanatı ilə ölkəsinin Qarabağ probleminin ədalətli deyil, məhz Azərbaycanın xeyrinə həll olunmasının tərəfdarı olduğunu bir daha sübut etdi.
“Əgər Türkiyə Qarabağ münaqişəsinin tezliklə həll olunmasının tərəfdarıdırsa, o zaman çox sadə bir addım atmalıdır, problemin həll olunması prosesinə qarışmasın”.