Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Erməni politoloq: “Əliyevin gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi”
“Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində Paşinyan və Əliyevin debatının şahidi olduq. Əvvəlcə, psixoloji hazırlığa və “bədən dili”nə toxunacağam. Əliyevin davranışı, duruşu, Paşinyana vaxtaşırı ironik gülümsəməsi, bəzən açıq gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi”.
Bu barədə politoloq Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.
O, Paşinyanın bu debatda məğlub tərəf olduğunu etiraf edib:
“Hətta Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Paşinyanın çıxışına güldü ki, bu da dövlətimizin başçısına, dolayısı ilə dövlətimizə hörmətsiz münasibətdir. Bunun günahkarı Paşinyandadır. Əgər açıq görüşdə bu mənzərə yaşanırsa, görün, pərdə arxasında nələr olur. Qapalı görüşlərdə kimin necə davrandığı, kimin diktə etdiyi və kimin uduzduğu məlum oldu”.
Politoloq qeyd edib ki, debatdan rəsmi Bakının Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyü, Şuşa və digər yaşayış məntəqələrini azərbaycanlılara qaytarmaq istədiyi məlumdur:
“Əliyev bütün bunlara mərhələli şəkildə nail olmağa razıdır: azad edilmiş əraziləri geri qaytarmaq, qaçqın və məcburi köçkünləri torpaqlarına köçürmək və s.
Əliyevin “Şahin” görünüşü fonunda Paşinyan Qərbin gözündə xal toplamaq üçün “Sülh göyərçini” kimi çıxış etməyə çalışır, amma bu, xüsusilə Münhendə mənasız və təhlükəli bir fəaliyyətdir”.
“Paşinyan beynəlxalq auditoriya qarşısında belə bir ehtiyat və görüntü ilə danışaraq, bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür! Çox!”, - deyə politoloq qeyd edib.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib