Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Erməni separatizminə son qoyulan antiterror əməliyyatından bir il ötür
Qarabağda aparılan və erməni separatizminə son qoyulan lokal xarakterli antiterror tədbirlərinin başlamasından bir il ötür.
Oxu.Az xatırladır ki, sözügedən antiterror tədbirlərinin keçirildiyi gün erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid olub və yaralanıblar. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etdi. 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıb.
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurulub. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah ediliblər. Separatçıların əsas rəhbərləri həbs edilib. Düşmənin qüdrətli Ordumuzun qarşısında 23 saat 50 dəqiqə dayanmağa gücü çatıb.
"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı
- Fuat Oktay: "Parlamentlərimiz qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olublar"
- Sahibə Qafarova: "44 günlük Vətən müharibəsi və antiterror tədbirləri haqsızlığa son qoydu"
- 24 gün əvvəl Goranboyda minaya düşən hərbçi evinə qayıtdı
- Politoloq Əlimusa İbrahimov: "Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq"