Erməni ekspert bəyan edib ki, onun ölkəsi respublikamızın ərazisində hərbi əməliyyatlar aparmağa hazırdır.
AZE.az-ın məlumatına görə, erməni hərbi ekspert Arkadi Qriqoryan Ermənistanda zirehli texnika və hava hücumundan müdafiə (HHM) vasitələrinin dərin müasirləşdirilməsi prosesinə başlanılması barədə informasiyanı şərh edərkən bildirib ki, erməni tərəfinin atdığı addımlar hərbi əməliyyatların düşmənin ərazisinə, o cümlədən düzənlik ərazilərə keçirmək məntiqinə sığır.
“Əgər zirehli texnikanın təkmilləşdirilməsinə üstünlük verilirsə, əlbəttə, bu, hücum potensialının artırılmasına yönəlmiş ardıcıl addımların məntiqi davamıdır. Yeri gəlmişkən, bunu son illərin hərbi paradlarındakı məntiqə də uyğun hesab etmək olar” – deyə, hərbi ekspert qeyd edib.
Onun sözlərinə görə, erməni tərəfi döyüş əməliyyatlarını düzənlik ərazilərə keçirmək niyyətindədir və bunun üçün də silahlanır, hazırlaşır, Novosti Armeniya xəbər verir.
“Bu baxımdan HHM sistemlərinin təkmilləşdirilməsi də məntiqi görünür, çünki məhz belə sistemlər qəfil hücum zamnaı zirehli texnika və mexanikləşdirilmiş bölmələri düşmənin hərbi hava qüvvələrindən müdafiə edir” – deyə, A.Qriqoryan qeyd edib.
Hərbi ekspert Qraçya Petrosyantsın rəyinə görə, ilk növbədə tank və digrə daha yüngül hərbi texnikanın hansı tapşırıqları yerinə yetiridiyini anlamaq lazımdır.
“Əgər strateji müstəvidən əməliyyat müstəvisinə doğru bir qədər geri çəkilsək, o zamna birmənalı olaraq başa düşəcəyik ki, zirehli texnikanın əsas funksiyası ordunun hücum hərəkətlərinin təmin olunmasıdır. Onların müdafiədə tətbiqi yalnız atəş vasitəsi qismində baş tuta bilər. Lakin hücum zamanı zirehli texnikanın rolunu qiymətləndirməmək çox çətindir” – deyə, ekspert qeyd edib.
Onun sözlərinə görə, bu baxımdan anlamaq lazımdır ki, erməni tərəfi zirehli texnikanın bu şəkildə müasirləşdirilməsinə əl atıbsa, bu, Ermənistanın yenidən öz sərhədlərindən kənarda müdafiəyə hazırlaşmaq barədə açıq bəyanatla çıxış etməsindən xəbər verir.
www.aze.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin