Ermənistan Çin istehsalı olan raketlər alıb.
Oxu.Az Aze.az-a istinadən xəbər verir ki, “Azadlıq” radiostansiyasının məlumatına görə, Ermənistan Silahlı Qüvvələri yaylım atəş kompleksinin raketləri ilə silahlanıb.
Erməni ordusunun aldığı raketlər 130 km məsafədə hədəfləri məhv edə bilər.
Söhbət Rusiya istehsalı olan “Smerç”lərin təkmilləşdirilmiş variantı sayılan AR1A komplekslərindən gedir.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan AR1A-nın alınması barədə informasiyanı təsdiqləməsə də, təkzib də etməyib:
“Ermənistan SQ daim yeni silahlar alır və döyüş qabiliyyətini artırır. İctimaiyyət nailiyyətlər barədə dövri olaraq məlumatlandırılır. Bizim silahlanma üzrə dəqiq planımız var və biz bu plana əməl edirik” – deyə, o vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın Rusiyadan “Smerç” raket kompleksləri aldığı məlum olmuşdu.